Parviz Mammadov

“Dostdan səhnə” xidməti

Çətin və problemli səhnələrin yazılması üçün Dostdan səhnə xidməti. Ssenarinizdə istənilən səhnənin həlli və peşəkar redaktə imkanları burada.

Parviz Mammadov — Dostdan səhnə xidməti

“Dostdan səhnə” xidməti –ekstra problemli səhnələrin yazılması xidmətidir.

Səhnə yazımında çətinlik çəkən, səhnəni bədii həll etməkdə problem yaşayan, səhnənin daha yaxşı olmasını istəyən hər bir ssenarist “Dostdan səhnə” xidmətindən yararlana bilər.

Səhnənin yazılması üçün ssenari, sinopsis və səhnədə iştirak edən personajların bioqrafiyası və onlar haqda vacib məlumatlar (motivasiya, qorxu, sirr və s.) göndərilir. Əgər ssenari yazılmayıbsa (ola bilər, ssenarinin birinci səhnəsində problemlə qarşılaşmısız. Açılış səhnəsi istədiyiniz kimi alınmır), onun əvəzində ideya yazılı formada göndərilir. Materialları oxuduqdan sonra müzakirə edirik. Hekayənin sujetini, mövzusunu, mesajını, və s. səhnənin yazılması üçün mənə lazım olan nəsnələri (bu sualları mən verəcəm) aydınlaşdırırıq. Mən hekayənin nə haqda olduğunu, səhnədə nə çatdırılmalı olduğunu anladıqdan sonra səhnəni işləyirəm.

Səhnənin təhvil verilmə müddəti ssenarinin həcmindən asılı olaraq (tammetraj, pilot seriya, qısametraj) dəyişə bilər (3-5 gün)