Ssenari laboratoriyası:
İdeyadan 1-ci drafta aparan 4 aylıq kurs
Kursun metodikası:
Kurs, ssenari üzrə ixtisaslaşmış nüfuzlu universitetlərin tədris metodikasına əsaslanır: bilmək, görmək, tətbiq etmək.
Kurs boyunca ssenari elementlərini öyrənəcək, bu elementləri oxuduğunuz ssenarilərdə və baxdığınız filmlərdə görəcək, ssenari çalışmaları etməklə və qısa film ssenarisi yazmaqla tətbiq edəcəksiniz.
Kurs kimlər üçündür?
- Ssenari yazmağı öyrənmək istəyən yeni başlayanlar və orta səviyyəli ssenaristlər
- Qısa film və animasiya sahəsində ideyası olan və onu ssenariyə çevirmək istəyən şəxslər
- Ədəbi və ya dramaturji təcrübəsi olub, ssenari yazmağı sistemli şəkildə öyrənmək istəyən yazarlar
- Qısa film və animasiya çəkmək istəyən rejissorlar, hekayəni ssenari baxış bucağından dərk etmək istəyən digər yaradıcı şəxslər
- Serialların pilot seriyasının və tammetraj ssenarinin necə qurulduğunu dərindən anlamaq və ssenari yazma bacarığını gücləndirmək istəyən şəxslər
Qeyd: Kurs əsasən yazmaq və aktiv şəkildə iştirak etmək istəyənlər üçün nəzərdə tutulub. Bununla yanaşı, məhdud sayda iştirakçı üçün dinləyici kimi qoşulmaq imkanı da mövcuddur. Dinləyicilər kursun nəzəri hissələrini izləyə, film analizlərində iştirak edə bilərlər. Lakin yazı tapşırıqları (səhnə yazımı, ssenari çalışmaları, qısa ssenari və s.) onlara şamil olunmur.
Tədris planı:
- Loqlayn, high-concept və digər metodlar vasitəsilə ideyanın qurulması. İdeyanın yoxlanılması və dəyərləndirilməsi.
- Qısa film üçün struktur modelləri: Trubi, Harmon və digər yanaşmalar.
- Səhnə. Səhnənin strukturu və əsas elementləri. Səhnənin bədii həlli və emosional dəyişikliklər.
- Personajların yaradılması və süjetdəki funksiyaları (qəhrəman, antaqonist, müttəfiq, mentor). Fərqləndirilməsi və tamaşaçıya sevdirilməsi
- Səhnə növləri: açılış, hazırlıq və nəticə səhnələri.
- Hadisə və vəziyyət. Dramatik vəziyyətin qurulması və komponentləri.
- Hekayə dünyasının yaradılması və əsas elementləri.
- Janr: əsas janrlar, xüsusiyyətləri və struktura təsiri
- Süjetin strukturu: əsas xəttin qurulması və inkişaf mərhələləri.
- İkinci dərəcəli və paralel süjet xətləri: funksiyaları və qaydaları.
- Konflikt. Konfliktin növləri və inkişaf mərhələləri.
- Tam film strukturu – Akt I: Ekspozisiya, set-up, düyün və səyahətə çağırış, geri qayıda bilməmə nöqtəsi, dönüş nöqtəsi-1.
- Akt II – birinci hissə: Yeni vəziyyət, çətinləşmə, fokus nöqtəsi 1, mərkəzi dönüş nöqtəsi.
- Akt II – ikinci hissə: Fokus nöqtəsi 2, böyük məğlubiyyət, krizis, anlama, dönüş nöqtəsi-2.
- Akt III: Kulminasiya, həll, etik seçim, gözlənilməz dəyişiklik
- Serial ssenarisi: pilot seriyanın strukturu və qəhrəmanın inkişaf trayektoriyası
- 4 arxetip: yetim, qərib, döyüşçü və qurban.
- Personajın arkası.
- Mövzu: tətbiqi, inkişafı və mesajın çatdırılması.
- Dialoq. Dialoqların yazılması: funksiyaları və tipləri.
- Tamaşaçı marağının saxlanılması: qarmaqlar, dramatik ironiya, gələcək elementləri və s.
Kursun müddəti və formatı:
- Müddət: 4 ay – 16 əsas dərs + 2 bonus dərs
- Dərs günləri: həftədə 1 dəfə, bazar günü, əyani şəkildə
- Dərsin müddəti: 2,5-3 saat (çay fasiləsi daxil); təxminən 6-7-ci dərsdən etibarən 1-2 saat uzadıla bilər
- Məkan: Azərbaycan Kinematoqrafçılar İttifaqı
- Əlavə dəstək:
- Dərslər onlayn platforma ( kurs.parvizmammadov.com) vasitəsilə dəstəklənir.
- İştirakçılar ev tapşırıqlarını və inkişaf etdirdikləri ideyalarını sayta yükləyirlər.
- Bütün materiallar mentor tərəfindən oxunur və qiymətləndirilir.
Ev tapşırıqları (hər dərs üçün):
- a) Bir səhnə yazmaq
- b) İki-üç qısa film və ya animasiyaya baxmaq və analiz etmək
- c) Bir səhnə və ya ssenari oxuyub təhlil etmək
- d) Öz qısa film ideyasını inkişaf etdirmək və ssenarisini yazmaq
- e) Kurs yoldaşlarının yazdıqları səhnələrə və işlədikləri ssenarilərə şərhlər vermək
- f) Təxminən 6-cı dərsdən etibarən, qısa filmlərlə paralel olaraq tammetraj filmə və ya pilot seriyaya baxmaq və təhlil etmək
- g) Eyni dövrdən başlayaraq (təxminən 6-cı dərsdən), dərsdə də (ayda 2 dəfə) səhnə yazımı və ssenari çalışmaları aparılacaq.
Tapşırıqların göndərilməsi:
Bütün yazı işləri və şərhlər www.kurs.parvizmammadov.com platformasına yüklənəcək.
Hər iştirakçı həm öz yazılarını, həm də kurs yoldaşlarının işlərinə verdiyi şərhləri platforma üzərindən təqdim etməlidir.
Qeyd: Dinləyici statusunda olan iştirakçılar kursun nəzəri hissələrində iştirak edə biləcəklər.
Kurs boyunca oxuyacaq və analiz edəcəksiniz:
- 10-dan çox qısa film ssenarisi
- 1 pilot seriya ssenarisi
- 2-3 tammetraj film ssenarisi
- Çoxsaylı sinopsis və səhnə nümunələri
- Əvvəlki kurs iştirakçılarının ssenarilərindən seçilmiş nümunələr
Kurs boyunca baxacaq və təhlil edəcəksiniz:
- 60-dan çox qısa film və animasiya
- 3-4 pilot seriya
- 6-7 tammetraj film
- Onlarla səhnə və epizod
Kurs boyunca yazacaqsınız:
- Loqlayn və sinopsis nümunələri
- Onlarla səhnə və ssenari çalışmaları
- Bir qısa film ssenarisinin ilk versiyası (1-ci draft)
Kursdan nə əldə edəcəksiz?
- Ssenari elementlərini mənimsəyəcəksiniz. Hekayəyə artıq ssenarist kimi yanaşmağı öyrənəcəksiniz.
- Ssenari yazı bacarığınız formalaşacaq. Çoxsaylı səhnələr, çalışmalar və qısa ssenarilər yazmaqla ssenari yazı bacarığınızı formalaşdıracaqsınız.
- Qısa film ssenarinizin ilk versiyasını (1-ci draftını) yazacaqsınız. Qazandığınız bilikləri qısa ssenari yazmaqla tətbiq edəcəksiniz.
- Pilot seriyanın və tammetraj ssenarinin yazılması üçün zəruri bilikləri əldə edəcəksiniz. Bu da gələcəkdə daha böyük həcmli ssenari yaza bilməyiniz üçün bünövrə rolunu oynayacaq.
- Ssenari analiz və redaktə etmə bacarığınız inkişaf edəcək. Yazılı və vizual nümunələri təhlil edərək, həmçinin başqalarının işlərinə əsaslı şərhlər verərək skript doktor kimi düşünmə və ssenari inkişaf etdirmə qabiliyyətinizi formalaşdıracaqsınız.
- Peşəkar analiz etməyi bacaran və faydalı geri dönüşlər edən kolleqalar qazanacaqsınız. Həmçinin, gələcək layihələr üçün həmmüəllif ola biləcək yaradıcı tərəfdaşlarınız olacaq.
- Kursu uğurla başa vuran iştirakçılara Azərbaycan Kinematoqrafçılar İttifaqının sertifikatı təqdim olunacaq.
Vacib qeyd: tələbənin ssenari yazması onun çalışqanlığından və mentorun tapşırıqlarını necə yerinə yetirməsindən asılıdır.
Mentorunuz Pərviz Məmmədov - ssenarist və skript doktor olmaqla yanaşı, analitik düşüncə tərzinə sahib, ssenarinin hər bir elementinə diqqətlə yanaşan və tədris prosesinə sistemli şəkildə fokuslanan bir təlimçidir. Yaxşı öyrətmə bacarığı və iştirakçıların inkişafına göstərdiyi həssas yanaşma ilə seçilir.
İştirakçı sayı və ödəniş şərtləri:
Aktiv iştirakçı
Bu format kursun bütün tədris və yazı proseslərini əhatə edir:
- Kursun nəzəri hissələrində iştirak
- Film və ssenari analizlərində iştirak
- Yazı tapşırıqları: loqlayn, sinopsis, səhnə yazımı, ssenari çalışmaları, qısa ssenari yazımı və s.
- Bütün yazılı işlərə mentor tərəfindən rəylər
- Sertifikat
İştirakçı sayı: 6 nəfər
Dinləyici olaraq iştirak
Bu format yalnız nəzəri və müşahidə əsaslı iştirak üçündür:
- Kursun nəzəri hissələrində iştirak
- Film və ssenari analizlərini izləmə
Dinləyici olaraq iştirak: 8 nəfər (maksimum 10 nəfər)
Qeyd: Kurs, Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə həyata keçirilir.
