Parviz Mammadov

Konsultasiya xidməti

Ssenari ideyanız üçün peşəkar konsultasiya xidməti. Film, serial və animasiya layihələri üçün konseptdən struktura qədər peşəkar məsləhət alın.

Parviz Mammadov — konsultasiya xidməti

Konsultasiya Xidməti

Konsultasiya xidməti – ideyasını ssenariyə çevirmək istəyən şəxslərə peşəkar dəstək və yol xəritəsi təqdim edən xüsusi bir xidmətdir.

Bu xidmət, qısa və tammetrajlı film, animasiya və serial ssenarisi yazmaq istəyən, lakin ideyasını inkişaf etdirməkdə çətinlik çəkən şəxslər üçün hədəflənmişdir. Xidmət yalnız ssenaristlər üçün deyil, həm də prodüserlər, rejissorlar, yazıçılar və yaradıcı sahənin digər nümayəndələri üçün açıqdır.

Xidmət zamanı ideyanızın konseptindən başlayaraq əsas ssenari elementlərinə qədər (struktur, personaj, konflikt, mövzu, sujet və s.) hər aspekt qiymətləndirilir. Bununla yanaşı, ideyanın niyə ssenariyə çevrilməli olduğu, hansı mesajları çatdırmağı hədəflədiyi və tamaşaçılar üzərində hansı təsiri buraxa biləcəyi dəqiqləşdirilir. Hər layihə üçün xüsusi olaraq hazırlanmış yol xəritəsi, ideyanızın addım-addım necə inkişaf etdiriləcəyini və son nəticəyə çatdırılacağını göstərir.