“Whiplash” filminin açılış səhnəsi həm “açılış səhnəsi” quruluşu, həm də səhnə yazımı baxımından ən yaxşı səhnələrdən hesab olunur. Hərçənd ki, səhnə sadəcə 2,5 səhifəlikdir, amma filmin miniatür versiyası kimi işləyir.
Səhnə özündə demək olar ki, ssenarinin bütün əsas elementləri birləşdirir: struktur, səhnənin vacib elementləri, personajların təqdimatı, xarakter və xarakteristika, emosional dəyişikliklər, mövzu və digər vacib komponentlər.
Müəllifin üslubu və materiala hakimliyi, dialoqların funksional işlənməsi, konfliktlərin qurulması və inkişafı – hər şey peşəkarlıqla təqdim olunub.
Tərcümədə müəllifin yazı üslubunu qorumağa çalışmışam. Məsləhətim odur ki, hər cümləyə diqqətlə yanaşasınız.
İnşallah, tezliklə səhnənin ətraflı analizini də paylaşacam və hansı elementlərin necə işlədildiyini izah edəcəm.
Hələlik isə səhnə yazımından zövq alın.
